Qazaxıstanda dekabrın 2-dən başlayan etirazlar davam edir.
Hökumət etirazçıların tələblərini yerinə yetirərək maye qazın qiymətini endirsə də aksiyalar hələ ki, səngimək bilmir.
Almatıda bir qrup etirazçı hüquq-mühafizə orqanlarının texnikasını ələ keçirərək hökumət binasına doğru hərəkətə başlayıb.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaev sərəncamına əsasən, Almatı vilayətində fövqəladə vəziyyət və komendant saatı tətbiq edilib.