Qazaxıstan prezidenti:“Etirazçılar hərbçiləri lüt halda küçələrə çıxarıblar”

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomat Tokayev ölkədə iğtişaşlar zamanı təhlükəsizlik qüvvələri arasında itkilərin olduğunu açıqlayıb.
“Sherg.az” xəbər verir ki,  o, bu barədə o, xalqa müraciətində bildirib.
Tokayev qeyd edib ki, Almatıda təhlükəsizlik xidmətinin nümayəndələrinə qarşı kütləvi hücumlar həyata keçirilir. 

Qazaxıstan prezidentinin sözlərinə görə, hərbçilər arasında ölən və yaralananlar var. Əsgərlər böyük izdiham tərəfindən hücuma məruz qalır və döyülür. 

Həmçinin, Tokayev diqqətə çatdırıb ki, etirazçılar təhlükəsizlik qüvvələrinin paltarlarını soyundurub onları lüt halda küçələrə çıxarıblar. 
Bununla yanaşı ölkə başçısı vurğulayıb ki, talan və mağazaların qarət olunması halları çox olub.

Çimnaz ŞAHLAR