Sərxoş vəziyyətdə olan rus Yakutskda “Qazaxlar, biz sizinləyik” sözləri ilə Hökumət Evini yandırmağa cəhd edib. O, baş verənləri lentə alıb. Səs yazısı RT tərəfindən öz Telegram kanalında yayımlanıb.
“Sherg.az”ın “lenta.ru”ya istinadən xəbərinə görə Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda hüquq-mühafizə orqanları şübhəli şəxsi axtarır. Onun şəxsiyyəti müəyyənləşdirilir.
Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanda avtomobillərin qaz qiymətinin 60 təngədən 120 təngəyə qalxması ilə bağlı etirazlar başlayıb. Eyni zamanda, onlar sonradan Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin siyasətdən getməsi, yeni seçkilərin keçirilməsi və parlamentin buraxılması tələbləri ilə iğtişaşlar törədiblər. Ən böyük toqquşmalar ölkənin keçmiş paytaxtı Almatıda baş verib.