Almatıdakı teleqülləni ələ keçirmək üçün iki dəfə cəhd edilib

Almatıda iğtişaşçılar Koktobe teleqülləsini ələ keçirmək üçün iki dəfə cəhd göstəriblər.
Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini Dauren Abayevin sözlərinə görə, hücumlar sərhədçilər tərəfindən dəf edilib.
“Mərkəzi televiziyada canlı efirə çıxmaq üçün bir neçə cəhd edilib”,  - deyə D.Abayev bildirib.
Mənbə: İnterfaks