Şirvan şəhər sakini qonşusunu bıçaqlayıb

Şirvan sakini qonşusu tərəfindən bıçaqlanıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri İ. Qayıbov küçəsində baş verib.

Aralarında mübahisə yaranmış mübahisə zəminində Şirvan sakini, 1984-cü il təvəllüdlü Əliyev Amid Xanzalı oğlu qonşusu tərəfindən bıçaqlanıb.

Bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan yaralı Şirvan xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.