Bu ölkələr HƏMAS və İsrail üçün mərkəz yaradacaq

Misir, Qətər və ABŞ Fələstinin HƏMAS radikal hərəkatı ilə İsrail arasında bağlanmış sazişin şərtlərinin yerinə yetirilməsinin təminatçısı kimi sazişin icrasına nəzarət etmək üçün əməliyyat mərkəzi yaradacaq.

Axar.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Misir tərəfdaşları – Qətər və ABŞ ilə koordinasiyada atəşkəs sazişinin həyata keçirilməsi və onun müddəalarının tam yerinə yetirilməsi istiqamətində davamlı olaraq çalışmaq niyyətindədir. Onlar girovların və əsirlərin mübadiləsi, humanitar yardımın idxalı, eləcə də Rəfah keçid məntəqəsində iş bərpa edildikdən sonra insanların yerdəyişməsinə nəzarət edəcəklər”, - məlumatda bildirilib.