Los-Anceles meri Karen Bass şəhərdə kommunikasiyaların bərpasına köməkdən imtina edib və buna görə istefa verməlidir.
Axar.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X hesabındakı paylaşımında bildirib.
Qeyd edək ki, Los-Ancelesin müxtəlif yerlərində yanvarın 7-də səhər saatlarında başlayan və güclü külək səbəbiylə sürətlə yayılan yanğınlar indiyə qədər 37 min hektardan çox ərazini külə çevirib. Fəlakətdə 12 mindən çox mülk yanıb. İqtisadi itkilərin 250-275 milyard dollar civarında olduğu təxmin edilir.