Qazaxıstanda iğtişaş: 26 nümayişçi, 18 polis ölüb, 3 min nəfər tutulub

Qazaxıstanın hüquq-mühafizə orqanları keçirilən kütləvi etiraz aksiyalarında 26 nümayişçini öldürüb, daha 3 min nəfəri isə saxlayıb.
"Sherg.az" "TACC.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Ümumilikdə 3 mindən çox cinayətkar saxlanılıb, daha 26 nəfər öldürülüb və 18 silahlı terrorçu yaralanıb"
Kütləvi iğtişaşlar zamanı hüquq-müafizə orqanlarının 18 əməkdaşı həlak olub, 750-dək polis yaralanıb.
Qeyd edək ki, yanvarın 2-dən ölkə sakinləri yanacağın qiymətinin artırılmasına qarşı etiraz aksiyalarına başlayıblar. Bütün Qazaxıstanda fövqəladə vəziyyət elan edilib.

Xanlar ƏLİBƏY