Tokayev açıqladı:“İnternetin açılması...”

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı ölkənin bəzi regionlarında internetin müəyyən vaxt intervalında açılması barədə qərar qəbul etdiyini açıqlayıb.

Bu barədə "Sherg.az" "Lenta.ru"ya istinadən xəbər verir.
Dövlət başçısı qeyd edib ki, internetə pulsuz çıxışın təmin edilməyi “uydurma, böhtan, təhqir, təhrikedici çağırışların sərbəst yerləşdirilməsi” demək deyil. 

Qeyd edək ki, Qazaxıstanın müxtəlif şəhərlərində iğtişaşlar başlayandan bəri internet bir neçə dəfə kəsilib. Sakinlər də televiziya yayımının dayandırıldığını bildiriblər.

Xanlar ƏLİBƏY