Tokayev yenidən "yağlı" vədlər verdi: "Konkret islahat planı təklif edəcəyəm"

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədəki iğtişaşlar fonunda islahatlar planı və onların həyata keçirilməsi üçün konkret addımlar təklif edəcəyinə söz verib.
"Sherg.az" "Ria novosti"yə istinadən xəbər verir ki, ölkə prezidenti çıxışı zamanı xalqa mühüm vədlər verib.
"Mən tam əminəm ki, müqəddəs vətənimiz - Qazaxıstan dünya xəritəsində güclü dövlətə çevriləcək. İqtisadiyyatımız dinamik inkişaf edəcək. Vətəndaşlarımızın sosial vəziyyəti yaxşılaşacaq. Bu məqsədlərə nail olmaq üçün konkret islahat planı təklif edəcəyəm. Həyata keçirilməsi üçün isə qəti addımlar atılacaq". 

Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etiraz dalğası digər şəhərlərə də yayılıb. Yanvarın 5-də prezident Qasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. 

Xanlar ƏLİBƏY