Qazaxıstanda maye qazın satışında müvəqqəti məhdudiyyətlər yaranıb

Qazaxıstanın cənub və qərbində yanacaqdoldurma məntəqələrində təhlükəsizlik tədbirləri və internetin olmaması səbəbindən maye qazın satışında müvəqqəti məhdudiyyətlər yaranıb.

"Sherg.az" xəbər verir ki, bu barədə "ria novosti" ölkənin energetika nazirliyinə istinadən məlumat paylaşıb.

Verilən xəbərə görə, yanacaqdoldurma məntəqələrində təhlükəsizlik tədbirlərinə riayət olunması zərurəti, habelə qarşılıqlı hesablaşmaların aparılması üçün internetin olmaması ilə əlaqədar ölkənin qərb və cənub rayonlarında maye qazın satışına müvəqqəti məhdudiyyətlər qoyulub.

Xanlar ƏLİBƏY