Qazaxıstanın Qızılorda vilayətində baş verən iğtişaşlar nəticəsində xəsarət alanların sayı 182 nəfərə çatıb.
Bu barədə "Sherg.az" "ria novosti"yə istinadən xəbər verir.
Məlumata görə, yaralılardan 56 nəfər xəstəxanaya yerləşdirilib. onlardan 25-i reanimasiyadadır.
Qeyd edək ki, bundan öncə verilən məlumatda rayonda 168 nəfərin xəsarət aldığı, 77 nəfərin isə xəstəxanalara yerləşdirildiyi bildirilib.
Xanlar ƏLİBƏY