NATO -dan Qazaxıstandakı hadisələrə reaksiya:“İnsan tələfatı ilə bağlı ciddi...”

NATO Qazaxıstandakı vəziyyətdən narahatdır. 
"Sherg.az" "Ria novosti"yə istinadən xəbər verir ki, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Twitter" hesabında paylaşım edib.
X. Kolomina qeyd edib ki, NATO Qazaxıstandakı vəziyyətlə, o cümlədən insan tələfatı ilə bağlı ciddi narahatlıq hissi keçirir. Bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan çəkinməyə və dialoqa çağırır. 
O vurğulayıb ki, hakimiyyət beynəlxalq insan hüquqları öhdəliklərinə, o cümlədən dinc etiraz hüququna hörmət etməlidir. 

Xanlar ƏLİBƏY