Fransa prezidenti Emmanuel Makron “koronavirusa qarşı peyvənd olunmayan insanları bezdirmək istəyirəm” ifadələrindən sonra danışıb. Makron sözlərinin üstündə durduğunu bildirib.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, Fransa lideri bu yaxınlarda "COVİD-19" peyvəndi olmayanlara sosial həyatlarını məhdudlaşdıraraq təzyiq göstərəcəklərini deyib. O, bu cür tədbirlərin vətəndaşların özü üçün vacib olduğunu vurğulayıb:
"Biz vaksin olunmayanlara məhdudiyyətlər qoymalıyıq. Koronavirusa qarşı peyvənd olunmayan insanlarla bağlı ayıq-sayıq olmaq mənim məsuliyyətimdir".
Makron peyvənd olmayanların nələrlə qarşılaşacağını qeyd edib:
"Peyvənd olmayanları bezdirmək istəyirəm. Bunu sona qədər davam etdirəcəyik. Strategiya budur. Onları həbsxanaya göndərməyəcəyəm, peyvənd etməyəcəyəm. Lakin yanvarın 15-dən etibarən onlar restorana, kafeyə, teatra, kinoya və s. gedə bilməyəcək".
Sosial həyatlarını məhdudlaşdıraraq peyvənd olunmayanlara təzyiq göstərdiklərini ifadə edən Makron yetkinlərin yüzdə 90-dan çoxunun peyvənd olunduğu məlumatını paylaşıb.
Cəmilə ƏZİM