Qazaxıstanın ən böyük banklarından biri olan "Halyk Bank" iğtişaşlar zamanı həlak olan hərbçilərin və polislərin bütün mövcud kreditlərini siləcəyini açıqlayıb.
"Sherg.az" "RİA novosti"yə istinadən xəbər verir ki, bu barədə bank açıqlama yayıb.
Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar nəticəsində 18 hüquq-mühafizə orqanlarının əməkdaşları ölüb, 748 nəfər isə yaralanıb.
Xanlar ƏLİBƏY