Almatı Hava Limanında hərbi təyyarələr...

Almatı Beynəlxalq Hava Limanı yalnız hərbi təyyarələri qəbul edir, onun mülki təyyarələr üçün nə vaxt işləyəcəyi hələlik məlum deyil.
"Sherg.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
 Hava limanının nə vaxt tam işə başlayacağı ilə bağlı suala idarədən “hələ məlum deyil” cavabı verilib.
Yanvar ayının 7-də Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun bildirdiyinə görə, Rusiya sülhməramlıları Qazaxıstanın hüquq-mühafizə orqanları ilə birlikdə Alma-Ata hava limanını tam nəzarətə götürüblər.

Xanlar ƏLİBƏY