Türkiyədə “TV100”də Kerem Kırçuvalın təqdimatında yayınlanan “Sağlı-Sollu” verilişində “Sözcü” nün yazarı Aytunç Erkin, jurnalist-yazar Metin Özkan, “Star” qəzetinin yazarı Resul Tosun və “Korkusuz” qəzetinin yazarı Barış Yarkadaş iştirak ediblər.
Qazaxıstandakı hadisələri şərh edən qonaqlar kritik məqamları müzakirə ediblər.
“Korkusuz” qəzetinin yazarı Barış Yarkadaş deyib:
“Qazaxıstandan olan bir dostumuz Nursultan Nazarbayevin Qazaxıstanda öldürüldüyünü bildirlir. İddialara görə, Nazarbayevlə Qazaxıstanın indiki administrasiyası arasında ciddi çəkişmələr olub. Son küçə nümayişləri də bunun təzahürü idi”.
Məlum iddiaları canlı yayında çatdırmağa davam edən B.Yarkadaş onu da əlavə edib ki, Nursultan Nazarbayevin ailə üzvlərinin Dubay və Londona qaçıb.
Qeyd edək ki, Taldıkorqanda qəzəbli etirazçılar ölkənin ilk prezidenti Nursultan Nazarbayevin heykəlini kəndir bağlayaraq sökməyə cəhd ediblər. Mətbuatda da əksini tapan görüntülər 2003-cü ildə İraqın işğalından sonra Səddam Hüseynin heykəlinin dağıdıldığı anları xatırladıb.
Mənbə: HABERLER