ABŞ Ordusu Suriyanın neft yataqları olan ərazilərdəki hərbi bazalarına əlavə qüvvələr yerləşdirib.
İranın dəstəklədiyi xarici terrorçu qrupların hücumlarından müdafiə üçün İraqdan Deyr əz-Zor və Həsəkə əyalətlərindəki neft yataqlarına əlavə qüvvələr yerləşdirilib.
Həsəkədəki yerli mənbələrə görə, İraqda yerləşdirilən Amerika hərbi kontingentinin bir hissəsi ərəfədə Əl-Valid keçid məntəqəsindən keçərək Şəddadi şəhərindəki bazaya gəlib, oradan da ən azı 30 yük maşınından ibarət karvan Ömər neft yatağına doğru yola düşüb.
Konvoyu havadan iki helikopter, quruda isə YPG/PKK terrorçuları müşayiət edib.
Qeyd edək ki, yanvarın 5-də Ömər neft yatağının ətraf əraziləri İranyönlü terrorçu qrupların yerləşdiyi Mayadin bölgəsindən raket zərbəsinə məruz qalıb.
Hücum 10-a yaxın raket mərmisindən istifadə edilməklə həyata keçirilib. Dəymiş ziyan barədə məlumat verilməyib.
Amerika qüvvələri də öz növbəsində Mayadinə cavab zərbələri endirib.
Mənbə: “Anadolu”