Nazarbayev haradadır? - Mətbuat katibi AÇIQLADI

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bütün vətəndaşları böhrandan çıxmaq və ölkənin bütövlüyünü təmin etmək üçün hazırkı Prezident Kasım-Jomart Tokayevin ətrafında birləşməyə çağırıb.
Bu barədə sabiq dövlət başçısının mətbuat katibi Aydos Ukibay məlumat verib.
Onun sözlərinə görə, Nazarbayev hazırda Nur-Sultan şəhərindədir.
“Sizdən xahiş edirik ki, bilərəkdən yalan və spekulyativ məlumatlar yaymayın. Elbası (milli lider Nursultan Nazarbayev) bir sıra məsləhətçi görüşlər keçirir və Prezident Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədir”, - deyə Ukibay “Twitter” hesabında yazıb.
O, həmçinin bildirib ki, Nazarbayev Qazaxıstana dost olan dövlət başçıları ilə bir neçə dəfə telefon danışığı aparıb.
Mənbə: TASS