Rusiya XİN-dən Blinkenə CAVAB:"ABŞ evinizə girəndə..." 

Rusiya Xarici İşlər Nazirliyi bu gün keçirilən mətbuat konfransında ABŞ dövlət katibi Antoni Blinkenin "Ruslar evinizə giribsə, onları oradan çıxarmaq çətin ola bilər" ifadələrinə cavab verib.

"Sherg.az" "Cumhuriyyet"ə istinadən xəbər verir ki, nazirlik  sosial mediada insanları ABŞ -la bağlı xəbərdarlıq  edib:
 "ABŞ evinizə girəndə sağ qalmaq, qarət edilməmək və təcavüzə məruz qalmamaq çətindir. Şimali Amerika hinduları, koreyalılar, vyetnamlar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və daha bir çox bədbəxt insanlar qapılarının ağzında bu təcavüzkarları tapırlar. Onların deyəcəyi çox şey var".

Qeyd edək ki, Blinken Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) rəhbərliyinin etiraz aksiyaları və zorakılığın baş verdiyi Qazaxıstana sülhməramlılar göndərmək qərarını tənqid edib.

ABŞ naziri Qazaxıstanın KTMT-yə yardım üçün müraciət etməsinin suallar doğurduğunu bildirib:

"Onların xaricdən gələ biləcək yardıma niyə ehtiyacları olduğu bəlli deyil. Tarixdən bir dərs: Ruslar evinizə girsə, onları çıxarmaq çətin ola bilər" .

Cəmilə ƏZİM