ABŞ artıq Rusiya ilə müharibəyə hazır olmalıdır

"Rusiyanın Ukraynaya müdaxiləsi mümkündür. ABŞ artıq Rusiya ilə müharibəyə hazır olmalıdır".
"Sherg.az" "Haber7.com"a istinadən xəbər verir ki, bunu Pentaqonun müdafiə nazirinin köməkçisi İvelin Farkas deyib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, ABŞ Moskvaya qarşı təxribata cəhd edərsə, Rusiya hərbi tədbirlər görəcək. O, Kuba və Venezuelaya qoşun yeridilə biləcəyi ehtimalının olduğunu inkar etməyib.

Xanlar ƏLİBƏY