Karantinə görə traktorları Muzey meydanına sürdülər

Niderlandın paytaxtı Amsterdamda minlərlə insan koronavirusla mübarizə üçün tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirib.

Sherg.az axar.az-a istinadən xəbər verir ki, Amsterdamda koronavirus məhdudiyyətlərinə qarşı minlərlə etirazçı şəhərin mərkəzindən Muzey Meydanına doğru yürüş təşkil edib. Aksiyaya fermerlərin də qoşulduğu qeyd olunur. Aksiya zamanı Muzey meydanına traktorlar gətirilib.