Tramp Mayamidə iki mindən çox lüks ev tikdirməyi planlaşdırır


ABŞ-ın sabiq prezidenti Donald Tramp Mayami şəhərində özünə məxsus qolf kurortunda 2 mindən çox lüks ev tikdirmək niyyətində olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazıb.

Qeyd olunur ki, ərazidə yeni kommersiya binaları və daha bir qolf meydanı inşa olunacaq. Məlumatlara əsasən, D.Tramp artıq bir neçə milyon dollar vəsait xərcləyib.

Sabiq prezident həmin ərazini 2012-ci ildə əldə edib. "Trump National Doral" kurortu 283 hektar ərazini əhatə edir, dörd qolf meydançası və lüks hotel yerləşir.

Pandemiyaya qədər bu obyekt D.Trampa ildə 70 milyon dollara yaxın gəlir qazandırırdı.