Tacikistan hərbçiləri Qırğızıstanla sərhəddə gücləndirilmiş rejimə keçib

Tacikistan Sərhəd Xidmətinin əməkdaşları Qırğızıstanla sərhəddə gücləndirilmiş rejimə keçib.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Müvafiq qərar Tacikistan-Qırğızıstan sərhədində yaranmış gərginliklə əlaqədardır.

Hər iki tərəfdən yerli hakimiyyət nümayəndələri münaqişənin həlli üçün bütün tədbirləri görürlər.

Tacikistan və Qırğızıstanın sərhəd xidmətlərinin nümayəndələri sərhəddəki münaqişənin təfərrüatlarını dəqiqləşdirirlər.