İlon Mask bir gündə 18 milyard dollar itirdi


“Tesla”nın baş direktoru İlon Maskın sərvəti şirkətin səhmlərinin dəyərdən düşməsilə 18 milyard dollardan çox azalıb.

“Forbes Real-Time” məlumat verir ki, dünyanın ən zəngin adamı cümə axşamı 18,4 milyard dollar və ya sərvətinin 7,6%-ni itirib.

İndi onun varidatı 224,4 milyard dollar təşkil edir.

Buna baxmayaraq, Mask yenə də varlıların reytinqində birinci yerdə gedir.

Qeyd edək ki, yanvarın 27-də “Tesla”nın səhmləri 8,8% ucuzlaşaraq 855,34 dollara düşüb. Buna səbəb şirkətin ötən ilin maliyyə nəticələrini açıqlaması olub. Belə ki, gəlirin kəskin şəkildə artması və analitiklərin gözləntilərini üstələməsinə baxmayaraq, “Tesla” 2022-ci ildə tədarük zəncirinin pozulması ilə bağlı çətinliklər yaşayacağı barədə investorlara xəbərdarlıq edib.

Mənbə: 1prime.ru