İngiltərədə 70 ildən artıq lisenziyasız avtomobil sürdü: saxlanıldı

İngiltərənin Nottingem şəhərində bir kişinin 70 ildən artıqdır ki, lisenziyası olmadan avtomobil idarə etdiyi ortaya çıxıb.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, 1938-ci il təvəllüdlü şəxsin avtomobili polis tərəfindən saxlanılıb. Polislərə 12 yaşından maşın sürdüyünü deyən şəxs sürücülük vəsiqəsi olmadığını və bu günə qədər heç vaxt polis tərəfindən saxlanılmadığını bildirib.
Səlahiyyətlilərin verdiyi açıqlamada 84 yaşlı kişinin indiyə qədər heç bir qəzası olmayıb. Onlar bu ərazidə qəzaların çoxluğuna baxmayaraq həmin şəxsin heç bir faciə törətmədiyini qeyd ediblər.

Cəmilə ƏZİM