Avropa İttifaqı (Aİ) və Böyük Britaniya hökumətləri Rusiyanın qaz sektoru ilə bağlı layihələrinə qarşı sanksiyalar paketi hazırlayır.
Sözügedən sanksiyalar Ukrayna ətrafında gərginlik yaranacağı halda tətbiq olunacaq.
ABŞ-ın dəstəyi ilə hazırlanan sanksiyalar çərçivəsində Rusiyaya qarşı qaz sektorundakı layihələrdə maliyyələşmə və texnologiya paylaşımı sahəsində məhdudiyyətlər nəzərdə tutulur.
Mənbə: Financial Times