Çadın şərqində kommunal mübahisələrlə müşayiət olunan qarşıdurmalarda azı 14 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb.
Ölkənin dördüncü böyük şəhəri olan Abeçedə yanvarın 24-də bir icmanın ərazisindən digər icmanın təntənəli tədbir keçirmək üçün istifadə etməsinə etiraz olaraq nümayiş keçirilib. İki gün davam edən iğtişaşlar insan ölümü ilə nəticələnib.