Almaniya və Fransa liderləri Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər

Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

“Bu danışıqlar kansler Şoltsun gələn həftənin əvvəlində Ukrayna və Rusiyaya səfəri öncəsi Fransa və Almaniya arasında sıx koordinasiyanın bir hissəsidir”, - məlumatda deyilir.

Tərəflər Normandiya formatında müzakirələrin növbəti mərhələləri və Avropada kollektiv təhlükəsizlik şərtlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiıləsi aparıblar.

Qeyd edək ki, Şolts fevralın 14-15-də Moskva və Kiyevə səfər edəcək.