Kanadanın Ottava şəhərində yük maşınlarının koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası on beşinci gündür davam edir.
APA TASS-a istinadən xəbər verir ki, etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdircəklərini bildirirlər.
Etirazçılar aksiyada onların polis tərəfindən zorakılıqla dağıdılmasından qorxmurlar.
Şənbə günü Ottavanın mərkəzi yenidən avtomobillər və etirazçılarla dolub.