Zelenski Trüdo ilə deeskalasiya məsələsini müzakirə edib


Ukrayna prezidenti Vladimir Zelenski ilə Kanadanın Baş naziri Castin Trüdo arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə V.Zelinski öz "Twitter" səhifəsində yazıb.

"Dostum Castin Trüdo ilə müttəfiqlərimizin deeskalasiya ilə diplomatik səyləri haqqında mühüm söhbət oldu. Mən Kanadanın Ukraynanı gücləndirmək üçün əhəmiyyətli maliyyə paketi təqdim etmək qərarını alqışlayıram".