Filippin sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Laoaq şəhərindən 123 kilometr şimal-şərqdə, ocağı isə 45 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.