Ukraynada kafedə atışma olub, iki nəfər ölüb


Bu gecə Ukraynanın Donetsk vilayətində kafenin ərazisində atışma olub, iki nəfər həlak olub.

APA bildirir ki, bu barədə səhər saatlarında regional polis idarəsinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir:

“Donbass polisi kafedə atışma səbəb ilə iki kişini saxlayıb. Hadisə Qranitdə baş verib. Atışma nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib... Polis araşdırmaya başlayıb”.