Ermənistanda yüzlərlə vaksinin istifadə müddəti başa çatıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Norveçdən gələn "Moderna" peyvəndinin 1 150 dozası istifadə müddəti bitdiyi üçün yararsız hala düşüb.
Belə ki, 207 600 dozadan 206 450-i istifadə olunub.
Buna səbəb pandemiya ilə əlaqədar ictimai yerlərə girişə qoyulan məhdudiyyətlər göstərilir. Səhiyyə Nazirliyi yanvarın 22-də məhdudiyyətlər tətbiq etməklə peyvəndin istifadə müddətini demək olar ki, qaçırıb.
Son vaxtlara qədər ölkəyə gətirilən peyvəndlərin yalnız 2,3 faizi yararlılıq müddəti bitdiyindən istifadə olunmayıb.
Xatırladaq ki, yanvarın 22-dən restoran və kafelərə, mehmanxana və idman zallarına, eləcə də mədəniyyət müəssisələrinə giriş peyvənd sənədi və ya mənfi PCR testi olmadan qadağan edilib.