Marsın yeni şəkilləri dərc edildi - FOTO

"Roskosmos" dövlət korporasiyası və Avropa Kosmik Agentliyinin (ESA) nümayəndələri Marsın Argir düzünün bir hissəsi və Huk kraterini göstərən yeni şəklini nümayiş etdiriblər. Foto ESA-nın rəsmi saytında dərc olunub.

Sherg.az  virtualaz.org-a istinadən bildirir ki, şəkil 1 fevral 2021-ci ildə "ExoMars Trace Gas" orbitində "Cassis" kamerası tərəfindən çəkilib. Fotoşəkildə müxtəlif ölçülü və formalı daş qrupları, konusvari qum təpələri, silsilələr, zirvələri düz olan təpələr göstərilir. Ümumilikdə Marsda 30-a yaxın belə bölgə müəyyən edilib.

Burada ən diqqət çəkən xüsusiyyət, isti havanın sürətlə soyuq zonaya qalxması zamanı həm Marsda, həm də Yerdə baş verən toz burulğanlardır. Bu burulğanlar planetin səthində xüsusi izlər buraxır.