“Gürcü Arzusu” partiyası qadın təşkilatı yaradıb

“Gürcü Arzusu” siyasi şurasının qərarı ilə partiyanın qadın təşkilatı yaradılıb.

24News.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda “Gürcü Arzusu” qadın təşkilatının təsis milli konfransı keçiriləcək və bu konfransda təşkilatın idarə heyəti, şəhər və rayon təşkilatlarının rəhbərləri seçiləcək.

Kobaxidze belə bir təşkilatın yaranmasında məqsəd qadınların siyasi proseslərdə rolunun və iştirakının maksimum dərəcədə aktivləşdirilməsini təmin etmək olduğunu bildirib.