İranda koronavirusdan ölənlərin sayı 133 718 nəfərə çatıb


İranda ötən sutka ərzində 148 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 133 718 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 25812 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6806265 nəfərə çatıb.