Ştaynmayer ikinci müddətə Almaniya prezidenti seçilib

Almaniya Federal Məclisi prezident Frank-Valter Ştaynmayeri ikinci müddətə yenidən seçib.

"Report" xəbər verir ki, iclas Almaniya telekanalları tərəfindən yayımlanıb.

İclasda 1 472 nəfər iştirak edib. Ştaynmayer 1045 səs toplayıb.

Ölkənin bütün aparıcı partiyaları onun namizədliyini dəstəkləyib.