Rusiya Hərbi Dəniz Qüvvələrinin “Rostov Na Donu” sualtı qayığı Bosfor boğazından keçib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı “NTV” kanalı yayıb.
Qeyd olunub ki, Qara dəniz istiqamətində hərəkət edən sualtı qayığı sahil mühafizəsi gəmiləri müşayiət edib.