Almaniya kansleri Olaf Şolts Kiyev və Moskvaya 2 günlük səfərindən əvvəl sosial media hesabından açıqlama verib.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, kansler regionda gərginliyin azaldılmasına dair çağırış edib:
"Ukraynaya gedən yolda... Bu gün Kiyevdə, sabah Moskvada... Ukrayna sərhədindəki ciddi vəziyyətlə bağlı danışıqlarımızı davam etdirəcəyəm. Öz adımdan deyirəm ki, Kiyevə davamlı dəstəyimizi ifadə edirik. Gərginliyin azaldılması ilə bağlı Moskvadan təcili siqnallar gözləyirik. Növbəti hərbi təcavüz Rusiya üçün çox ciddi nəticələrə səbəb olacaq. Beləliklə, Avropada sülh üçün çox ciddi təhdidin şahidi oluruq”.
Cəmilə ƏZİM