Britaniya Kraliçası koronavirusa yoluxub

Britaniya Kraliçası II Yelizaveta koronavirusa yoluxub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Bakinqam Sarayından verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, Kraliça soyuqdəyməyə bənzər yüngül simptomlar yaşayır, lakin bu həftə “Windsor”da yüngül vəzifələrə davam edəcəyi gözlənilir.