Rusiyaya məxsus 6  təyyarə və bir helikopter vurulub

 Ukrayna Silahlı Qüvvələrinin qərargahından yayılan məlumata görə, bu gün Rusiyaya məxsus 6  təyyarə və bir helikopter vurulub, 50 rus hərbçi öldürülüb. 

“Sherg.az” xarici mediaya istinadən  xəbər verir ki, qarşılıq olaraq cavab verən Rusiya Müdafiə Nazirliyi bu bəyanatı təkzib edib:
“Xarici KİV-lərin Rusiya təyyarəsinin Ukraynayda vurlumasıi ilə bağlı məlumatı həqiqəti əks etdirmir”
Qeyd edək ki, bu gün Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın Donbass bölgəsində başlatdığı hərbi əməliyyatdan sonra sosial şəbəkədə ictimaiyyətə müraciət edib. Rusiyanın Ukraynanın hərbi infrastrukturuna və sərhəd bölgələrinə hücum etdiyini açıqlayan V. Zelenski bir çox şəhərdə partlayış səslərinin eşidildiyini bildirib. 
Ölkədə hərbi vəziyyət elan olunduğunu vurğulayan Ukrayna prezidenti ABŞ prezidenti Co Baydenlə görüşdüyünü və ABŞ-ın beynəlxalq yardım toplamağa başladığını qeyd edib. Vətəndaşları sakit olmağa və evdə qalmağa çağıran Zelenski, "Biz işləyirik, ordumuz işləyir, bütün təhlükəsizlik bölmələrimiz işləyir" deyib. 

Çimnaz Şahlar