Ukrayna Müdafiə Nazirliyi Rusiyanın verdiyi itkiləri AÇIQLADI - FOTO


Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Facebook” hesabında Rusiya Silahlı Qüvvələrinin itkilərini açıqlayıb.

“Fevralın 26-sı yerli vaxtla saat 06:00-a olan vəziyyətə görə, Rusiyanın 14 təyyarəsi, 8 helikopteri, 102 tankı, 536 zirehli döyüş transportyoru, 15 topu, 1 “Buk” ZRK-i, 17 avtomobil texnikası məhv edilib”, - deyə o qeyd edib.

Eyni zamanda, o, 3000-dən çox canlı qüvvənin məhv edildiyini bildirib.