Ukrayna ordusu Odessa səmasında Rusiyaya məxsus hərbi təyyarə vurulub.
Ordu.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Milli Müqavimət Partiyasının ictimai qərargahının spikeri Sergey Bratçuk məlumat verib .
Onun sözlərinə görə, motoatıcı briqadalardan birinin hava hücumundan müdafiə bölmələri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemi ilə hərbi təyyarəni vurub.
Məlumata görə, vurulan qırıcı Su-30 modelidir.
Həmçinin Odessa hərbi administrasiyasının mətbuat xidməti bildirib ki, şəhərdə eşidilən partlayışlar hava hücumundan müdafiənin səsləri olub.