Rumıniya Ukraynaya silah və hərbi texnika göndərir

Rumıniya hökuməti Ukraynaya sursat və hərbi texnika yardımı göndərməyə qərar verib.

Axar.az xəbər verir ki, bu barədə Rumıniya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan başqa, Rumıniya Ukraynadan yaralıları qəbul etməyə, yanacaq və 3 milyon dollarlıq tibbi ləvazimat göndərməyə hazır olduğunu da bildirib.