Rusiyanın Ukraynaya təcavüzündən sonra dünyanın qınağına tuş gələn Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidenti vəzifəsindən kənarlaşdırılıb. Bu barədə Federasiya məlumat yayıb.
İJF-nin bugünkü bəyanatında deyilir: “Ukraynadakı müharibə fonunda Beynəlxalq Cüdo Federasiyası Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edir”.
Xatırladaq ki, Beynəlxalq Cüdo Federasiyası 2012-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putinə ən böyük mükafatlarından biri olan “səkkizinci dan qara kəmər” verib. O, 2008-ci ildə Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti seçilib.