Ukrayna daxilində 100 mindən çox insan didərgin düşüb

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Agentliyi bildirir ki, Ukraynada insanların qatarlara minməsinin qarşısının alınması ilə bağlı xəbərlər alırıq.
"Sherg.az" "BBC"ə istinadən xəbər verir ki,  BMT QAK bu prosesi araşdırır və 422 min insanın Ukraynadan qonşu ölkələrə qaçdığını bildirib. 

Təşkilat ölkədən qaçan insanları qaçqın hesab edir. Qurumun məlumatına görə, hazırda Ukrayna daxilində 100 mindən çox insan didərgin düşüb.

Cəmilə ƏZİM