Görüş başladı! - Rusiya-Ukrayna müharibəsi dayanırmı?

Rusiya qüvvələrinin Ukraynaya daxil olmasının beşinci günündə iki ölkənin nümayəndə heyətləri müharibəni dayandırmaq üçün danışıqlara başlayıb.
"Sherg.az" "BBC"ə istinadən xəbər verir ki,  Ukrayna prezidenti atəşkəs və Rusiya qüvvələrinin çıxarılmasını istəyir.
Qeyd edək ki, prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski Moskvanın hər iki tərəfin mənafeyinə uyğun  razılaşma əldə etməyə çalışdığını bildirib.
İclas başlamazdan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski rus qoşunlarını silahlarını yerə qoymağa, Avropa İttifaqını rəsmi Kiyevin birliyə üzv olmasına icazə verməyə çağırıb.

Cəmilə ƏZİM