“Buta Airways”in Bakıdan Kiyevə uçuşu ləğv edilib

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv edib.

Bu barədə şirkət məlumat yayıb. 

“Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.

Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik”, - deyə məlumatda qeyd edilib.