500 mindən çox insan Ukraynanı tərk edib

Fevralın 28-də BMT-nin Qaçqınlar üzrə Agentliyi Ukraynadan ayrılanların sayını açıqlayıb.
"Sherg.az" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Rusiyanın işğalı başlayandan bəri 500 mindən çox insan Ukraynanı tərk edib: “Onların yarısından çoxu Polşa ilə sərhədi keçib. Təkcə bazar günü 368 min insanın qonşu ölkələrə qaçıb”.

Xanlar ƏLİBƏY